Kim yaxşı dostdur - qadınlar ya kişilər?
01 Dekabr 2010 Çərşənbə 12:40
Zərif cinsin nümayəndələri dost seçiminə daha ciddi yanaşır
Qadınlar dostluğu kişilərdən yaxşı bacarır. Britaniyada aparılan araşdırma qadınların kişilərdən daha yaxşı dost olduğunu üzə çıxarıb. Araşdırma britaniyalı qadınların təxminən 1/4-nin uşaqlıqdan dostluq etdiyi ilk şəxslə yaxın əlaqələri qoruyub saxladığını göstərib. Hər 4 belə münasibətdən 1-nin orta məktəbdən başladığı da müəyyən edilib.
Məlum olub ki, hər 10 qadından 3-ü orta məktəbdən tanıdığı dostları ilə əlaqə saxlayırsa, kişilər arasında bu, hər 10 nəfərdən 2-nə şamil oluna bilər. Tədqiqatçılar bildirir ki, bu, kişilərlə müqayisədə qadınların dost seçiminə daha ciddi yanaşması ilə əlaqədardır.
DOSTLARINLA PAYLAŞ: