Kim Kardaşyan siyasətçiliyə başlayıb
21 Dekabr 2010 Çərşənbə Axşamı 01:30
Ümidlərini modelin məşhur yerinə bağlayan erməni lobbisi bu dəfə də onu qabağa verib
Erməni əsilli amerikalı model Kim Kardaşyan Twitter-dən məşhur basketbolçu Kobi Brayanı “Türk Hava Yolları” şirkəti ilə bağladığı reklam müqaviləsindən imtina etməyə çağırıb. Amma basketbolçunun cavabı özünü çox gözlətməyib. O, bədəninin məşhur yeri ilə daha çox məşhur olan Kim Kardaşyana cavab verib ki, siyasi yox, biznes müqaviləsi bağlayıb və ondan imtina etmək niyyətində deyil. Erməni model isə bacısının basketbolçu sevgilisindən məsələni həll etməyi xahiş edib.
Xatırladaq ki, ümidlərini Kim Kardaşyanın məşhur yerinə bağlayan erməni lobbisi onun vasitəsilə “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin ABŞ Nümayəndələr Palatasında müzakirəsinə nail olmaq üçün kampaniyaya başlayıb.
DOSTLARINLA PAYLAŞ: