KXDR lideri Kim Çen İr kiçik oğlu Kim Çen Unu rəsmi olaraq öz varisi elan edib. ANS PRESS-in "Yanhap News"a istinadən verdiyi xəbərə görə, Cənubi Koreya parlamentinin Kəşfiyyat Komitəsinin nümayəndəsi Pak Çje Von ölkə radiolarından birinə müsahibəsində bildirib ki, Şimali Koreyada artıq Kim Çen Una sədaqət ifadə edən mərasimlər başlanılıb.
Agentliyin məlumatına görə, varisin təyin edilməsinə dair rəsmi bildirişlər 2009-cu il 25 may tarixində həyata keçirilən nüvə sınaqlarından dərhal sonra verilib. Şimali Koreyanın xaricdəki diplomatik nümayəndələri də təyinat barədə məlumatlandırılıb.
KXDR-nın 67 yaşlı liderinin varisinin onun kiçik oğlunun olacağına dair şaiyələr 2009-cu ilin yanvarında ortaya çıxmağa başlayıb.