Şimali Koreyanın sabiq liderinin nəşi nümayiş etdirilir.
Şənbə günü ürək çatışmazlığından vəfat etmiş Şimali Koreya lideri Kim Çen İrin meyiti nümayiş etdirilir. ANS PRESS-in türk mətbutaına istinadla verdiyi məlumata görə, Kim Çen İr şüşədən olan tabuta yerləşdirilib. Onun tabutunu minlərlə koreyalı ziyarət edib.
Kim Çen İrin ölümündən sonra ölkədə yaranan matəm ab-havası isə davam edir. Onun heykəlinin olan meydana gələnlərin sayı xüsusilə çoxdur. Xalq liderin son dəfə canlı görüldüyü supermarketə axın edir.
Qeyd edək ki, mərhum liderin dəfn mərasimi dekabrın 28-də olacaq.
Koreya liderinin ölümü ilə bağlı matəm elan edən daha bir ölkə Kuba olub. Bu ölkədə 3 günlük matəm elan edilib.