Kiltə alt paltarı məcburiyyəti qoyulub
24 Noyabr 2010 Çərşənbə 06:25
Şotlandka assosiasiyası yubkanın altından heç bir şey geyilməməsinin əxlaqa və gigiyena qaydalarına zid olduğunu bildirir
Şotlandiyalı kişilərin geyindiyi “Kilt” adlı ənənəvi yubkanın altından heç bir şey geyilməməsinin əxlaqa və gigiyena qaydalarına zid olduğunu bildirən Şotlandiya Tartan (şotlandka) assosiasiyası alt paltarı geyilməsinin məcburi olmasını təklif edir. Bu təklifin kişilər tərəfindən razılıqla qarşılanacağına ümid etdiklərini bildirən assosiasiya rəsmiləri alt paltarı geyilməməsinin əxlaq qaydalarına zid olduğunu və gigiyenik problem yaratdığını deyiblər.
Şotlandiya “Kilt dərziləri” dərnəyi isə ənənələrin mühakimə edilməsinin mümkün olmadığını bildirərək müştərilərinə kiltdən alt paltarı geyinmədən istifadə etməyi məsləhət görüblər.
Keçmiş “Formula-1” yarışçısı olan şotland Devid Kuthalrd isə bildirib ki, kilti alt paltarsız geyinmək hərəkət azadlığını çoxaldır və o, bundan əl çəkməyəcək.
DOSTLARINLA PAYLAŞ: