Kilsədə qılınan cümə namazı
31 Dekabr 2011 Şənbə 00:57
Məscidə sığmayan möminlər hava yağmurlu olduğu üçün ibadətlərini həyətdə ifa edə bilməyiblər.
Ötən gün Türkiyədə qeyri-adi hadisə baş verib. Cümə namazı qılmaq üçün məscidə gedən möminlər burda yer qalmadığı üçün namazlarını kilsədə qılıblar. Hadisə Antalya şəhəri Serik rayonuna bağlı Belek qəsəbəsində baş verib. Məlumata görə, qəsəbədə üç dinə aid məbədin olduğu “Dinlər Bağçası”na cümə namazı üçün gedən və məscidə sığmayan möminlər hava yağmurlu olduğu üçün ibadətlərini həyətdə ifa edə bilməyiblər. Möminlər namaz qılmaq üçün məscidlə eyni həyətdə olan kilsədən istifadə ediblər.

Antalya müftisi Mahmud Yeleser namazın kilsədə qılınmasının ibadətin qəbuluna mane olmadığını deyib. “Kilsə təmizdir. Möminlər də yerə canamaz sərərək namaz qılıblar. Kilsədə olan şəkillər və ikonalar da namaza mane olmaz” – deyə müfti bildirib.








DOSTLARINLA PAYLAŞ:

oyunlar