Kilsə qülləsi minarə oldu
04 Dekabr 2009 Cümə 10:25
İsveçrədə keşiş imamla birgə simvolik qüllədə dualar oxuyublar
İsveçrədə minarə qadağasının yaratdığı səs-küy hələ davam edir. Bu hadisə hətta keşişlərə də mənfi təsir edib. Belə ki, İsveçrənin Basel şəhərindəki tarixi Elizabet Kilsəsinin zəng qülləsi simvolik olaraq minarə elan edilib. 1857-ci ildə inşa edilən kilsənin qapısından “Kilsənin qülləsi eyni zamanda minarə kimidə istifadə edilir” elanı asılıb.
Kilsənin keşişi Feua isə dünən türk imamla birlikdə qüllədən Qurandan surələr və İncildən ilahilər oxuyaraq birlikdə dua ediblər.
Keşiş bu addımı şəhərdə yaşayan müsəlmanlara dəstək məqsədilə atdığını bildirib.
Xatırladaq ki, İsveçrədə minarə inşaasının qarşısını almaq üçün noyabrın 29-da referendum keçirilib. Referendumda iştirak edənlərin yarıdan çoxu qərarın lehinə səs verib.
Qeyd edək ki, İsveçrədə 4 minarəli məscid var. Bunlardan biri Mahmud məscididir. O, Surixdə 1963-cü ildə pakistanlılar tərəfindən inşa edilib. İkinci minarə Cenevrədə 1978-ci ildə Səudiyyə Ərəbistanının kralı Əbdül Əziz tərəfindən tikilib. Digər iki məsciddəki minarələr isə simvolikdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: