Kilsə Facebooku qadağan edib
23 Noyabr 2010 Çərşənbə Axşamı 08:20
“Facebook”la yanaşı “Twitter”, “MySpace” və s. bu kimi saytlarda olan hesabların bağlanmasını tələb olunub
Amerikanın Nyu Cersi əyalətindəki kilsələrdən birinin keşişi qurumda fəaliyyət göstərən 50 evli cütlükdən “Facebook”da olan hesablarını bağlamağı tələb edib. Buna səbəb kimi saytın cütlüklər arasında ailədaxili münaqişələrə yol açması göstərilib. “Facebook”la yanaşı “Twitter”, “MySpace” və s. bu kimi saytlarda olan hesabların bağlanmasını tələb edən keşiş əks təqdirdə həmin insanların kilsə ilə əlaqələrinin kəsiləcəyini deyib.

Qeyd edək ki, keşiş bu gün həmin tələblə kilsəyə üzv olan bütün ailəli cütlüklərə müraciət edəcək.

Amerika ailə vəkilləri akademiyası isə son 5 ildə baş vermiş boşanma hadisələrində sosial şəbəkə saytlarının böyük rolu olduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar