Kılıçdaroğlunun qardaşı da siyasətçi olacaq
07 Aprel 2013 Bazar 02:57
Cəlal Kılıçdaroğlu bələdiyyə məclisinə üzv olduğunu açıqlayıb.
Türkiyədə anamüxalifətçi Cümhuriyyət xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu da siyasətlə məşğul olacaq. Bu barədə məlumatı qardaş Kılıçdaroğlu öz “Facebook” səhifəsində yayıb. Cəlal Kılıçdaroğlu İzmir şəhərindəki bölgələrdən birində bələdiyyə məclisinə üzv olduğunu açıqlayıb.
“Bucada (İzmirin Buca rayonu) Mustafa Kamal məhəlləsində Gediz bölgəsində bələdiyyə məclisinə üzvlüyümü açıəqlayıram. Allah nəsib edərsə canlar...” – deyə açıqlamada qeyd edilib.
Xatırladaq ki, pensiyaya çıxdıqdan sonra İzmir şəhərindəki tikintilərdən birində qarovulçu işləyən Cəlal Kılıçdaroğlu təsadüfən mətbuatın diqqəti ilə ölkənin gündəminə gəlmişdi.
DOSTLARINLA PAYLAŞ: