Böyük Britaniya şahzadəsi Uilyamın xanımı Keyt Midlton yeni görünüşü ilə hamını təəccübləndirib. Axşam.az-ın məlumatına görə, alış-veriş mərkəzində fotokameralara tuş gələn Keyt arıqlaması ilə diqqət çəkib.
Övladını dünyaya gətirdikdən sonra xəstəxana çıxışında fotoları çəkilən məşhur qadının xeyli kökəlməsi söz-söhbətə səbəb olmuşdu.
31 yaşlı Midltonun doğuşdan 1 ay keçmiş əvvəlki bədən formasına qayıtması hər kəsin marağına səbəb olub.