Keyt Midilton depressiyaya düşüb
18 Avqust 2013 Bazar 01:45
Midilton bütün vaxtını oğluna ayırdığı üçün şahzade ile arasında problemler yaranıb.
Ötən ay dünyaya gətirdiyi uşağa görə, dünya mediasının gündəmindən düşməyən İngiltərə Şahzadəsinin xanımı Keyt Midiltonun depressiyaya düşdüyü iddia olunub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-da yayımlanan jurnalların biri K.Midiltonun yenicə dünyaya gəlmiş oğlu Şahzadə Corc və həyat yoldaşı Şahzadə Uliyamla birlikdə başladığı yeni həyatına alışa bilmədiyini yazıb.

Midiltonun bu səbəbdən də depressiyaya düşdüyü bildirilib. İddialara Bukinqam sarayından cavab gəlməyib. K.Midiltona yaxın olan mənbələr isə onun bütün vaxtını oğluna ayırdığı üçün şahzadə ilə arasında problemlər yarandığını deyiblər.

Yaxın mənbələrin jurnala verdiyi məlumata görə, hətta vəziyyət o yerə gəlib çatıb ki, evdəki mənfi auradan bezən Şahzadə Uliyam məzuniyyət müddətini azaldaraq işinə qayıdıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar