Ketrin Eşton baş sağlığı verdi
03 Mart 2014 Bazar Ertəsi 02:23
Ketrin Eşton: Bu dəhşətli cinayətə heç vaxt bəraət qazandırmaq olmaz.
Avropa Birliyi diplomatiyasının başçısı Ketrin Eşton Çinin Kunmin şəhərində baş verən terror hadisəsində ölənlərin ailələrinə baş sağlığı verib.ANS PRESS-in məlumatına görə, bu barədə onun nümayəndəsi məlumat verib. “Belə dəhşətli cinayətin bəraəti heç vaxt ola bilməz. Yüksək nümayəndə ölən və zərərçəkənlərin ailələrinə başsağlığı verir”,-deyə rəsmi məlumatda bildirilir.
Şənbə günü axşam qarageyimli, bıçaqlarla silahlanmış bir qrup naməlum şəxs Kunmində gözləmə zalında və kassa zalında olan insanlara hücum edib. Sonuncu məlumatlara görə, ölənlərinsayı 29 nəfər olub,130 nəfər isə yaralanıb. Çin hakimiyyəti hadisəni terror adlandırıb. Çin telekanallarının məlumatına görə, polislər azı 4 nəfər terrorçunu vura biliblər.
DOSTLARINLA PAYLAŞ: