Keşmirde veziyyet yeniden gerginleşib
09 Sentyabr 2013 Bazar Ertəsi 04:28
Vilayətdə təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 3 dinc sakinin həlak olması kütləvi etirazlara səbəb olub.
Hindistanın mübahisəli bölgələrindən sayılan Kəşmirdə vəziyyət yenidən gərginləşib. ANS PRESS-in verdiyi məlumata görə, vilayətdə təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 3 dinc sakinin həlak olması kütləvi etirazlara səbəb olub.
İnsidentin baş verməsinə səbəb kimi, döyüşçülərin polis düşərgəsinə atəş açdığı göstərilir. Atışmada 3 nəfər həlak olub. Hadisənin baş verdiyi əraziyə yaxın Srinaqar şəhərində potensial etirazlar genişləndiyindən, şəhərdə təhlükəsizlik tədbirləri genişləndirilib. Bu arada, seperatçılar şəhərdə keçirilən Bavariya orkestrinin konsertini baykot etməyə çağırıb.
Vətəndaş cəmiyyəti qrupları konsertə cavab olaraq, alteürnativ nümayiş təşkil edib və son illərin zorakılığını və qeyri-sabitliyini foto-görüntülər şəklində diqqətə çatdırıb. Separatçı fəallar, Almaniya konsertinin əleyhinə çıəxaraq, belə tədbirlərin dünyanın diqqətini Kəşmirin problemlərindən yayındırmaq məqsədi ilə həyata keçirildiyini bildiriblər.
Qeyd edək ki, mübahisəli Kəşmir regionunun bir hissəsi Hindistan, bir hissəsi də Pakistanın nəzarətindədir. Separatçılar, Hindistanın idarəçiliyində olan bölgənin müstəqilliyini və ya müsəlmanların üstünlük təşkil etdiyi Pakistanın ərazisinə daxil edilməsini tələb edir.
DOSTLARINLA PAYLAŞ: