Keşişlər 2010-cu il üçün proqnozlarını açıqlayıblar
03 Yanvar 2010 Bazar 19:45
Onların fikrincə bu il müharibə, siyasi çəkişmə, hərbi çevriliş və kəskin iqlim dəyişiklikləri gözlənilir
Afrika və Kubada yayılan Santeria dini cərəyanının keşişləri 2010-cu il üçün öz proqnozlarını açıqlayıblar. Onlar bildiriblər ki, qədəm qoyduğumuz bu ildə müharibə, siyasi çəkişmə, hərbi çevriliş və kəskin iqlim dəyişikliyi gözlənilir.

Keşişlər həmçinin yaşlı liderlərə üz tutaraq deyiblər ki, onlar estafeti gənc rəhbərlərə təhvil verməlidir. Onlar Kuba lideri Raul Kastronun gələcək taleyi ilə bağlı bir söz deməsələr də, 2010-cu ilin Kuba və ümumilikdə dünya üçün təhlükəli olacağını söyləyiblər.

Yeni il ərəfəsində keçirilən mərasimdə həmçinin dini nəğmələr səsləndirilib və qurbanlar kəsilib. Qeyd edək ki, Katolik dini ilə Afrikanın Yoruba inamının qarışığı hesab olunan Santeria dininə Kuba və Afrikada bir çox insanlar tərəfindən sitayiş olunur. Bu dində dini azadlıq və tolerantlıq tərənnüm olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar