Keşiş 7 il ərzində fahişələrə 2 milyon dollar xərсləyib
02 Fevral 2015 Bazar Ertəsi 11:48
Məhkəməyə çıxarılan keşişin 7 il ərzində xeyriyyə fondunun pullarını fahişələrə xərclədiyi müəyyən edilib.
Norveçdə məhkəməyə çıxarılan keşişin 7 il ərzində xeyriyyə fondunun pullarını fahişələrə xərclədiyi müəyyən edilib.

ANS PRESS-in məlumatına görə, məhkəmədə Are Blumhof etiraf edib ki, “Betanien” xeyriyyə fondunun 15 mln kron (təxminən 2 mln dollar) pulunu İspaniyadan olan fahişələrlə kef məclisinə xərcləyib. “Bu, xəstəlik, narkomaniya kimi idi”, - deyə o vurğulayıb. Blumhof etiraf edib ki, həm də içkiyə düşkünlüklə bağlı da zəifliyi var.

Bir kef gecəsində fahişələr 1,3 - 1,7 min dollara yaxın pul qazanırmışlar.

“Betanien” xeyriyyə fondunun Blunhof tərəfindən rəhbərlik edilən bölməsi Norveçin şimalında xəstəxana, uşaq bağçası və məktəblər sahibdir. Bölmənin həmçinin İspaniya sahillərində ahıllar evi və bərpa mərkəzi var.

Üç il qabaq kral Harald Are Blumhofu ordenlə təltif edib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar