Kərkükdə terror: 36 ölü
13 İyul 2013 Şənbə 06:37
Qiraətxana partladılıb.
İraqın Kərkük şəhərində bir qiraətxanaya təşkil edilən bombalı hücum nəticəsində 36 nəfər həyatını itirib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 30 nəfərin yaralandığı bildirilib.

Kərkükün cənubundakı Huzeyre məhəlləsində baş verən partlayış nəticəsində yaralılananlar müxtəlif xəstəxanalara aparılıblar.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə yerində olan jurnalistlər polis tərəfindən saxlanılıb. Polisin jurnalistlərin fotoaparat və kameralarını götürdüyü bildirilib.

Qeyd edək ki, bu gün İraqın müxtəlif şəhərlərində eyni vaxtda təşkil edilən bombalı hücumlar nəticəsində 29 nəfər ölüb, 69 nəfər yaralanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar