Keniyanın gənclərlə iş üzrə nazirinə qarşı sui-qəsd olub
20 İyun 2009 Şənbə 21:00
Keniyanın gənclərlə iş üzrə nazirinə qarşı sui-qəsd olub. Güllə yarası alan nazir dərhal xəstəxanaya aparılıb.

 

Keniyada idman və gənclərlə iş üzrə nazir Muruq Kinutiuya qarşı silahlı hücum olub. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda bildirilir ki, bir neçə güllə yarası alan nazir dərhal paytaxt xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hücum səhər tezdən baş verib. Hadisənin təfərrüatı açıqlanmır.

Polis insidentlə bağlı araşdırma aparır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar