Keniyada sərnişin avtobusuna silahlı basqın: 7 ölü
19 İyul 2014 Şənbə 20:12
Keniyada sərnişin avtobusuna naməlum silahlılar tərəfindən açılmış atəş nəticəsində yeddi nəfər həlak olub.
ANS PRESS-in məlumatına görə, ölənlərin dördü polisdir.
Hadisə Lamu şəhərindən 50 kilometr aralıda yerləşən eyni adlı adada baş verib.
Hadisə yerinə gələn polislərə cinayətkarlar atəş açıb.
Somalidə hərəkət edən "Aş-Şabab" qruplaşması hücum üçün məsuliyyət öz üzərinə götürüb. Bu yay təxminən 100 nəfər insan Keniyanın sahilində silahlı hücumların qurbanı olub.
DOSTLARINLA PAYLAŞ: