Keniyada futbol oyununda faciə: 7 ölü, 30-a yaxın yaralı
24 Oktyabr 2010 Bazar 03:40
Ölkənin iki populyar komandasının oyunu zamanı azarkeşlər arasında basabas yaranıb.
Keniyada ölkənin iki populyar futbol komandası arasında qarşılaşma zamanı paytaxt stadionunun girişində yaranan basbasda 7 nəfər ölüb. Keniya Qırmızı Xaç Komitəsinin məlumatına görə, 30-a yaxın adam xəsarət alıb və Nayrobidəki xəstəxanalara yerləşdirilib. Keniya televiziyası təcili tibbi yardım karetalarının yaralıları daşıması və ilkin tibbi yarıdm göstərməsi kadrlarını yayımlayıb.

İlkin məlumatalar görə, növbədə qəzəblənən fanatlar oyun başlayanadək stadiona daxil olmaq istəyiblər və dəmir qapıları sındırıblar. Kütlə arasında basabas və vahimə yaranıb.

Baş vermiş faciə ilə əlaqədar oyun dayandırılıb. “Qor Maxiya” komandasının baş məşqçisi Zedekiya Otieno bəyan edib ki, faciədə stadio rəhbərliyi günahkardır. Məşqçinin sözlərinə görə, stadion rəhbərliyi azarkeşlərin stadiona girişini təmin edə bilməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar