Keniya ordusu Somalidə şəhər tutdu
19 Oktyabr 2011 Çərşənbə 03:06
Keniyalı hərbçilər “Əl Şəbab” qruplaşmasının qalalarından olan daha bir şəhəri ələ keçirməyə hazırlaşırlar.
“Əl Şəbab” qruplaşmasına qarşı əməliyyat keçirən Keniya ordusunun hissələri Somalinin Keniya ilə sərhədindəki Kokani şəhərini ələ keçirib. Məlumata görə, sərhədin 100 kilometrliyində yerləşən Afmadou şəhərinin və bir sıra qonşu kəndlərin tutulmasına hazırlıq gedir.

“Standard” qəzetinin yazdığına görə, Keniya hərbçiləri Somalinin mərkəzi hakimiyyətini təmsil edən silahlı qüvvələrlə əməkdaşlıq edirlər. Taktiki məqsəd “Əl Şəbab”ın əsas bazalarından biri sayılan Afmadou şəhərinin ələ keçirilməsidir.

Qeyd edək ki, Keniya qoşunları “Əl Şəbab” qruplaşmasına hücum etmək üçün bazar ertəsi Somali ərazisinə giriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar