Kəndlilər hökumət binasına hücum edib
08 Fevral 2010 Bazar Ertəsi 18:10
Kəndlilər hökumət binasına hücum edib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Çinin cənubunda yerləşən Quandun vilayətinin Xenşişuy şəhərində 300-dən artıq kəndli hökumət binasına hücum edib. Yerli mətbuatın məlumatına görə, onlar bu şəkildə dövlət tərəfindən yeni su anbarının tikintisinə öz etirazlarını bildirib.

Hücum nəticəsində ən azı 6 nəfər, o cümlədən iki dövlət məmuru xəsarət alıb.

Tikinti planına əsasən, yeni anbar 50 min adamı içməli su ilə təmin etməlidir. Lakin bunun üçün Xenşuşiy çayının qarşısı kəsilməli və su qonşu şəhərə verilməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar