Kemeronla Putin telefonla Suriyadan danışıblar
27 Avqust 2013 Çərşənbə Axşamı 00:22
Putin Britaniya baş naziri ilə danışmaq üçün Kemerovoda yanacaq-energetika kompleksi üzrə komissiyanın iclasını yarımçıq qoyub.
Rusiya prezidenti Vladimir Putinlə Britaniya baş naziri Devid Kameronun avqustun 26-da gerçəkləşmiş telefon danışığı tamamilə Suriyaya həsr edilib. ANS PRESS Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, Putin Kemeronla danışmaq üçün Kemerovoda yanacaq-energetika kompleksi üzrə komissiyanın iclasını yarımçıq qoyub.

"Xüsusi diqqət Suriya məsələsinə ayrıldı", - deyə mətbuat xidmətindən bildiriblər. Kremldən qeyd ediblər ki, söhbət Britaniya tərəfinin təşəbbüsü ilə baş verib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar