Kembriç hersoqinyasının ətək geyinməsi qadağan olundu
03 Fevral 2014 Bazar Ertəsi 02:17
II Yelizaveta Kembric hersoqinyası Keyt Middeltonun daha mühafizəkar və zadəgan bir geyim tərzinə qayıtmalı olduğunu söyləyib.
Kraliça II Yelizaveta Kembric hersoqinyası Keyt Middeltona ətək geyinməyi qadağan etdi.
ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, İngiltərə Kraliçası II Yelizaveta Kembric hersoqinyası Keyt Middeltonun daha mühafizəkar və zadəgan bir geyim tərzinə qayıtmalı olduğunu söyləyib.
Keyt küləkli havada qalxan ətəklərin yerinə dar və dizdə bitən daha mühafizəkar ətək və paltarlar geyinəcək. Qarderobunu yeniləməli olan hersoqinyanın üzümüzə gələn günlərdə edəcəyi xaric gəzintilərində bu vaxta qədər istifadə etdiyindən daha uzun paltarlar geyməsi gözlənilir.
Qeyd edək ki, hersoqinya artıq eynilə qayınanası Ledi Diananın tərzində paltarlar seçməli olacaq.