Keçmiş xilasedicini xilas etmək mümkün olmayıb
01 İyun 2010 Çərşənbə Axşamı 22:25
Keçmiş xilasedicini xilas etmək mümkün olmayıb. Alpinist sətəlcəmdən ölüb.
Rusiyanın Altay Respublikasında 13 alpinistin səyahəti insan itkisi ilə nəticələnib. Mayın 21-də Altay dağlarında səyahət çıxan turist qrupunun 41 yaşlı üzvü sətəlcəmdən həlak olub. Qrup üzvləri onun xəstələndiyini hiss edən kimi xilasedicilərə məlumat versələr də, hava şəraiti ilə əlaqədar Mi-8 helikopteri həmin əraziyə yaxınlaşa bilməyib.
Vaxtilə Uralda axtarış-xislasetmə regional bölməsinin rəhbəri olan 41 yaşlı Sergey Efimovu xilas edə bilmədiklərinə görə, alpinistlərlə yanaşı onun xilasedici həmkarları da təəssüfləniblər. Hələlik kəskin hava şəraiti helikopterin hımin əraziyə yaxınlaşmasına imkan vermir. Bu səbəbdən də alpionistin cəsədi hələ də Altay dağlarında qalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: