Keçmiş tehsil naziri ölüm cezasına mehkum edildi
31 İyul 2013 Çərşənbə 21:27
Ehmed İbrahim milli tehlükesizliye zerbe vurmaqda ittiham olunur.
Müəmmər Qəddafinin dövründə Liviyanın təhsil və informasiya naziri olmuş Əhməd İbrahim Misrata şəhərinin məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib. Keçmiş nazir milli təhlükəsizliyə zərbə vurmaqda və dinc əhalinin qətlini təşkil etməkdə günahkar bilinir. Hökmü Liviyanın Ali məhkəməsi təsdiq etməlidir.
Misrata məhkəməsi tərəfindən çıxarılmış qərar Qəddafi rejiminin yüksək vəzifəli şəxsləri üzərindən məhkəmələrdə ilk qərardır.
Müəmmər Qədadfinin oğlu Seyfəlislam da məhkəmə qarşısına çıxarılacaq.
DOSTLARINLA PAYLAŞ: