Keçmiş prezidentin oğlu prezident oldu
10 Fevral 2010 Çərşənbə 13:10
Parlament yekdilliklə Maqomedsalam Maqomedovun namizədliyinə səs verib
Dağıstan parlamentinin deputatları bu gün yekdilliklə Maqomedsalam Maqomedovu Respublika prezidenti kimi namizədliyinə səs veriblər.
Xatırladaq ki, onun namizədliyini Rusiya prezidenti Dmitri Medvedev irəli sürmüşdü.
M.Maqomedov Dağstan respulikasının millət vəkili və keçmiş Dağıstan prezidenti Maqomedali Maqomedovun oğludur.
Dağıstan parlamentinin növbədənkənar sessiyasında səsvermə açıq keçirilib. İclasda 72 deputatdan 69-u iştirak edib.
Dağıstanın yeni prezidenti, ölkənin hazırkı rəhbəri Muxu Əliyevin səlahiyyət müddəti bitəndə - fevralın 20-də and içəcək və vəzifələrinin icrasında başlayacaq. M.Əliyev respublikaya 2006-cı ildən rəhbərlik edirdi. Bu il isə onun 70 yaşı tamam olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: