Keçmiş PKK fəalı daxili işlər naziri olacaq
05 Aprel 2012 Cümə Axşamı 05:10
Şimali İraq yerli kürd idarəsinin baş naziri bu gün yeni nazirlər kabinetinin tərkibini açıqlayacaq
Şimali İraq yerli kürd idarəsinin baş naziri Nəçrivan Bərzani yeni quracağı nazirlər kabinetində PKK terror təşkilatının fəallarından olan Əziz Veysini daxili işlər naziri vəzifəsinə təyin edəcək. “Doğan” xəbər agentliyinin (DHA) məlumatına görə, bu gün yerli kürd idarəsinin parlamentində yeni təyinatlarla bağlı etimad səsverməsi keçiriləcək. Qeyd edək ki, yeni nazirlər kabinetində İraq prezidenti Cəlal Təlabaninin oğluna da vəzifə veriləcək. Məlumata görə, Qubad Təlabani Nəçrivan Bərzaninin müşaviri vəzifəsinə təyin olunacaq.
Xatırladaq ki, DİN rəhbərliyinə təyin olunacaq Əziz Veysi 20 il əvvəl yaradılmış Kürdüstan Xüsusi Təyinatlı Peşmərqə dəstəsinin general rütbəsi ilə komandiri olub. Veysi PKK təşkilatına xəyanətdə ittiham olunaraq barəsində edam cəzası verilsə də qaçaraq edamdan xilas olub.
DOSTLARINLA PAYLAŞ: