Keçmiş naziri 20 ilə qədər həbs cəzası gözləyir
07 Oktyabr 2013 Bazar Ertəsi 22:39
Tsoxadzopulos Yunanıstana 55 milyon avro ziyan vurub.
Yunanıstanda ölkənin keçmiş hərbi komandanını 10 ildən 20 ilə qədər həbs cəzası gözləyir. ANS PRESS-in Associated Press-ə istinadən verdiyi məlumata görə, sabiq müdafiə naziri Akis Tsoxadzopulos bir neçə il əvvəl hərbi təchizatla bağlı müqavilələr bağlayan zaman rüşvət almaqda ittiham olunur. Artıq bugün Yunanıstan məhkəməsi yüksək keçmiş nazir barədə hökm çıxaracaq. Onun təqsiri sübuta yetirilərsə , 20 ilə yaxın azadlıqdan məhrum ola bilər.
Məhkəmə Tsoxadzopulosun Yunanıstana 55 milyon avro ziyan vurduğunu hesab edir. İddiaya görə, sabiq nazir ölkə üçün alman sualtı gəmilərinin və Rusiya zenit-raket komplekslərinin alınmasına dair müqavilələrin verilməsinə görə qarşı tərəfdən qanunsuz olaraq külli miqdarda mükafat alıb.
Məhkəmə həmçinin Tsoxadzopulosun hazırkı və keçmiş həyat yoldaşını,qızını və bir sıra biznes tərəfdaşlarını bu korrupsiya qalmaqalında təqsirkar bilib.
DOSTLARINLA PAYLAŞ: