Keçmiş dünya çempionu öldü
25 Noyabr 2012 Bazar 14:26
Puerto-rikolu boksçunu odlu silahın yaraları sağ qoymadı
Keçmiş dünya çempionu odlu silahdan aldığı yaralara tab gətirməyərək dünyasını dəyişib. Müxtəlif çəkidə dünya çempionu olmuş 50 yaşlı boksçu, puerto-rikolu Ektor Kamaço xəstəxanada dünyasını dəyişib. Həkimlər komada olan idmançını süni nəfəs apparatından ayırmalı olublar.
Xatıraladaq ki, noyabrın 20-də axşam saatlarında Baymonedə (Puerto-Riko) başqa bir maşın idmançının maşının qabağını kəsib. E. Kamaçonun sürücüsü yolu açmağı demək məqsədilə avtomobildən düşüb, lakin onu yerindəcə güllələyiblər. Silahlı şəxslər daha sonra idmaçıya atəş açıblar. Kamaço boyun və üzündən ağır yaralanıb.
Ektor Kamaço parlaq karyerası ərzində 88 görüş keçirib və onların 79-dan qələbə ilə ayrılıb, 38-ni isə vaxtından əvvəl yekunlaşdırıb. O, ancaq 6 dəfə uduzub, amma onu vaxtından əvvəl məğlub etmək mümkün olmayıb. Kamaço Roberto Düran, Xulio Sezar Çaves, Şuqar Rey Leonard, Oskar De La Xoyya, Feliks Trinidad, Rey Mançini və digər əfsanələrlə rinqdə döyüşüb.
DOSTLARINLA PAYLAŞ: