Keçmiş baş nazir Boyko Borisov futbolçu oldu
27 Avqust 2013 Çərşənbə Axşamı 07:26
54 yaşlı Boyko Borisov “Vitosha Bistritsa” futbol komandası ilə meydana çıxıb.
Fevral ayında istefa edən Bolqarıstanın eks baş naziri Boyko Borisov, ötən gün ölkənin ikinci liqasındakı “Vitosha Bistritsa” futbol komandası ilə meydana çıxıb. ANS PRESS-in “CNN”ə istinadən verdiyi məlumata görə, 13 nömrə forma ilə 54 dəqiqə oynayan 54 yaşlı sabiq baş nazir, daha əvvəl də komanda ilə həvəskar liqada futbol oynamışdı.
Bolqarıstanda professional liqada oynayan ən yaşlı futbolçu olan Borisov, daha əvvəl iki dəfə təzyiqi qalxdığı üçün xəstəxanaya aparılıb. O, indi sağlamlığının yaxşı olduğunu bildirib.
DOSTLARINLA PAYLAŞ: