Polis şahidlərin verdiyi ifadələr istiqamətində araşdırmallara başlayıb.
Türkiyədəki məscidlərdən birində qeyri-adi oğurluq hadisəsi baş verib. Balıkesir viayəti Bandırma rayonundakı məsciddə olan və yerlilər tərəfindən müqəddəs əmanət qəbul edilən “Kəbə örtüyü” naməlum şəxslər tərəfindən oğurlanıb. Qeyd edək ki, şam namazını qılmaq üçün “Təkkə” məscidinə gedən din xadimi müqəddəs əmanətin yerində olmadığını görərək polisə xəbər verib. Hadisə yerinə gedən polislər şahidlərin verdiyi ifadələrlə oğruların axtarışlarına başlayıb. Hazırda faktla bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, hər il həc mövsümündə Ərəfə günü Kəbənin örtüyü dəyişdirilir, ötən ilki örtük kəsilərək müqəddəs xatirə kimi bəzi zəvvarlara və məscidlərə hədiyyə edilir.