Kəbə ətrafında inşaat işləri zəvvarlara mane olur
09 Oktyabr 2013 Çərşənbə 13:03
Fasiləsiz olaraq davam edən inşaat işləri Kəbə ətrafında dövr etməni çətinləşdirib.
Məkkənin Kəbə hissəsində davam edən inşaat işləri zəvvarların ziyarətinə maneələr yaradıb. Belə ki, inşaat prosesi dövretmə sahəsini daraldıb. Bundan əlavə fasiləsiz olaraq 24 saat davam edən işləri ilə əlaqədar tikinti texnikasının səsi də zəvvarlara mane olur.
İnşaat işləri zəvvarların Kəbə ətrafında dövr etməsi zamanı izdihamın yaşanmasına səbəb olur.

Genişləndirmə işləri ilə əlaqədar bu ilə zəvvar kvotasının 20 faiz azaldılması da izdihamın qarşısını ala bilməyib.

Xatırladaq ki, inşaat işləri 2010-cu ildə Məkkənin Şamiyə bölgəsində başlayıb və daha sonra Metaf bölgəsini də əhatə edib. Zəvvarların təvaf sahəsi daraldılsa da, təvaf sahəsinin üst qatında fiziki qüsurlu zəvvarların əlil arabasında dövr etməsinə şərait yaradılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar