Kaxa Kaladze Azərbaycan tərəfi ilə razılığı gəldi
31 Dekabr 2012 Bazar Ertəsi 14:50
Gürcüstanın energetika naziri Kaxa Kaladze əhalini qışdan çıxaracaq.
Gürcüstan hökuməti "Azərenerji" ilə razılığa gəlib. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, şirkət 2013-cü ilin ilk rübü üçün Gürcüstanı hər ay 200 МVt enerji ilə təmin edəcək.

Gürcüstanın energetika naziri Kaxa Kaladze həmçinin Rusiyadan da elektrik enerjisi alınacağını və Gürcüstan əhalisinin qış aylarında elektrik enerjisi çatışmazlığı yaşamayacağını bildirib.

Kaxa Kaladze həmçinin Bakıya səfəri çərçivəsində yay aylarında da Azərbaycanda eletrik enerjisi alınmasının perspektivlərini müzakirə etdiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar