Katolik yepiskop iqamətgahının təmirinə 31 mln. avro xərclədi
18 Oktyabr 2013 Cümə 00:30
Bədxərc keşiş iqatəmgahda şəxsi kapella qurub, bağ saldırıb və qulluqçular üçün çoxlu sayda binalar tikdirib.
Almaniyanın Limburq şəhərinin katolik yeparxiyasının 53 yaşlı başçısı, yepiskop Frans-Peter Tebars-van Elst iqamətgahına 31 milyon avro xərcləməsi ilə məşhurlaşıb.
ANS PRESS «Spiegel-Online»a istinadən bildirir ki, bədxərc keşiş Frankfurt yaxınlığındakı iqatəmgahda şəxsi kapella qurub, bağ saldırıb və qulluqçular üçün çoxlu sayda binalar tikdirib. Keşişin iştahası iş zamanı artıb, əvvəl 5 milyon avro nəzərdə tutulan məbləğ sonradan 31 milyon avroya qalxıb.
Yepiskopun bədxərcliyi barədə söhbət Romaya da çatıb və papa Fransisk onu yanına çağırıb. Onun vəziyyətinin yaxşı olmayacağı düşünülür.
DOSTLARINLA PAYLAŞ: