Katolik kilsəsi Kopernikə 500 ildən sonra bəraət verdi
26 May 2010 Çərşənbə 06:05
Dünyanın günəş ətrafında fırlandığını dediyi üçün Nikolay Kaperniklə kilsə tərəfindən lənətlənmişdi.
Katolik Kilsəsi, 500 ildən sonra Nikolay Koperniklə barışıb. Dünyanın günəşin ətrafında fırlandığını dediyi üçün orta əsrlərdə kilsədən qovulan Kopernikin sümüklərindən üzr istənilib.
2005-ci ildə Polşanın şimalında Frombork şəhərində bir katedralde basdırılan Nikoplay Kopernikin sümükləri, adsız məzarından götürülərək adına layiq xüsusi məzara yerləşdirilib. Kopernik, 16-cı əsrdə həmin katedralda din xadimi kimi fəaliyyət göstərmişdi.
Kopernikin məzarının axtarışı 2004-cü ildə başlamış, tapılan sümük və dişlərdəki DNT ilə bir kitabında olan saç telindəki DNT uyğun gəlmişdi.
Kopernik kilsədən qovulmaqdan çəkindiyi üçün, dünyanın günəşin ətrafında fırlanması ideyasının izah edilyi kitabının, ölümündən sonra çap olunmasını vəsiyyət etmiş, kilsə isə bu kitabı dinə zidd elan etmişdi. O, dövrün qaranlıq Avropasındakı inanca görə dünya düz nimçə kimiydi. Bunun əksini düşünən və kilsəyə qarşı çıxanların isə odda yandırılmasına hökm verilirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: