Kastrovari virtual ensiklopediya
15 Dekabr 2010 Çərşənbə 03:25
Bu ensiklopediyada ABŞ qəsbkar, işğalçı bir ölkə kimi göstərilir
Kuba hökuməti virtual ensiklopediya “Vikipediya”ya bənzəyən portal yaradır. “Ecured.co” ünvanında fəaliyyət göstərən portalın məqsədi tarixi və dünyanı Kubanın baxşı ilə nümayiş etdirməkdir.
Qeyd edək ki, bu ensiklopediyada ABŞ qəsbkar, işğalçı bir ölkə kimi göstərilir: “ABŞ – şirkətlərə dəstək vermək üçün başqa millətlərin təbii sərvətlərini və torpaqlarını talayan bir imeratorluqdur. ABŞ planetimizdə hasil olunan enerjinin ¼ istehlak edir. Varlı bir ölkə olsa da vətəndaşlarının 30 faizdən çoxu tibbi sığortadan məhrumdur”.
İspan dilində fəaliyyət göstərən portalın qazanc güdmədən informasiya yaydığını bildirən hökumət rəsmisi, tarixi, müstəmləkəçiliyə qarşı təzadlı bir baxışla çatdırdıqlarını deyib.
Rəhbərliyin təsdiqi ilə istifadəçilər də “Ecured” portalının yenilənməsində də iştirak edə bilərlər.
“Ecured” ensiklopediyası hal-hazırda 20 000 mövzuya sahibdir.
DOSTLARINLA PAYLAŞ: