Kastro Anqolaya gedib
22 İyul 2009 Çərşənbə 01:30
Səfər Kuba liderinin Afrika turnesi çərçivəsində gerçəkləşib

 

Kuba lideri Raul Kastro Anqola paytaxtı Luandada bu ölkənin prezidenti Coze Eduardu duş Santuşla görüşüb.

Kastro Anqolaya Misir, Əlcəzair və Namibiyaya da səfər daxil olmaqla Afrika turnesi çərçivəsində gedib.

Bu Kuba liderinin cari ildə Anqolaya ikinci səfəridir.

Kuba onilliklərlə vətəndaş müharibəsi nəticəsində çökmüş bu Afrika ölkəsinə iki yüzə yaxın həkim göndərməyə razılıq verib.

Vətəndaş müharibəsi illərində Kuba Anqolanın hakim «Anqolanın azadlığı uğrunda xalq hərəkatı» partyasının əsas müttəfiqi idi. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar