Kassiri ayaqyolunda qıfıllayıb marketi qarət etdilər
28 Fevral 2013 Cümə Axşamı 07:35
Qarətçilər kassadan 300 lirə pul, bir şüşə viski və təhlükəsizlik kameralarının harddiskini oğurlayaraq qaçıblar.
Türkiyənin Antalya şəhərində qəribə bir qarət hadisəsi baş verib. Hadisə şəhərin Muratpaşa rayonunda əsasən siqaret və alkoqollu içkilərin satıldığı marketdə meydana gəlib. Məlumata görə, marketə girən naməlum 2 şəxs kassirin arxadan qollarını tutub və onu tualetə salaraq qapını qıfıllayıblar. Qarətçilər daha sonra kassadan 300 lirə (130 manat) pul, bir şüşə viski və təhlükəsizlik kameralarının harddiskini oğurlayaraq qaçıblar. Daha sonra qonşuların yardımı ilə qıfıllandığı yerdən çıxarılan qadın polisə zəng vuraraq yardım istəyib.

Yerli polis bölməsinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar