Kasıblara pulsuz mobil telefonlar paylanacaq
13 Noyabr 2009 Cümə 23:40
Kasıblara pulsuz mobil telefonlar paylanacaq. Bütün xərclər telefon istehsalçıları tərəfindən ödəniləcək.
Braziliya hakimiyyəti ölkənin kasıb təbəqəsini pulsuz mobil telefonlarla təmin etməyi planlaşdırır. Hazırda müvafiq təklif Braziliyanın aparıcı mobil rabitə operatorları tərəfindən müzakirə olunur.

Braziliyanın 11 milyon kasıb əhalisinə pulsuz telefonların verilməsi nəzərdə tutulan layihə hökumətə 2,4 milyon reala (təqribən 1 milyon ABŞ dollarından çox) başa gələcək. Layihənin şərtlərinə əsasən, bütün xərclərin telefon istehsalçıları tərəfindən ödəniləcəyi nəzərdə tutulur. İstehsalçılar isə bunun əvəzinə vergi güzəştləri alacaq.

Bundan əlavə, aztəminatlı ailələrə telefon danışıqları üçün hər ay təxminən 3 dollar məbləğində kredit ayrılacaq. Braziliya hökuməti hesab edir ki, ölkənin mobil operatorları layihənin köməyi ilə öz işlərini yaxşılaşdıra biləcək.

Pulsuz telefonlar alan insanların kreditləri bitəndən sonra da mobil rabitədən istifadə edəcəkləri gözlənilir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar