Karlo Bruni azərbaycanlı qadına məktub yazıb
25 Avqust 2010 Çərşənbə 15:15
Fransanın birinci xanımı Karlo Bruni ərinin İranda həbs edilən Səkinə Aştianini müdafiə edəcəyinə söz verib.
Fransa prezidenti Nikolya Sarkozinin həyat yoldaşı Karlo Bruni İranda həbs edilərək barəsində ölüm hökmü çıxarılan azərbaycanlı qadın, Təbriz sakini Səkinə Məhəmmədi Aştianiyə internertdə yerləşdirilən açıq məktubu ilə dəstək nümayiş etdirib.
“Mənim ərim sizi müdafiə edəcək. Fransa sizi fəda etməyəcək”, - deyə keçmiş model Bruni fransız yazıçısı Bernard Henri Levinin “La regle du jeu" saytında yerləşdirdiyi məktubunda qeyd edib.
O öz məktubunda məhbus qadına İran hökumətinə eyhamla suallar ünvanlayıb: “Niyə görə sizin qanınız axıdıldmalıdır? Niyə görə sizin uşaqlar anasız qalmalıdır? Yalnız ona görə ki, siz yaşamısınız və sevmisiniz? Ona görə ki, siz qadınsınız? Ona görə ki, siz iranlısınız? Mən bunları qəbul etməkdən imtina edirəm!”
Xatırladaq ki, 43 yaşlı, iki uşaq anası, İran vətəndaşı, Təbriz sakini Səkinə Məhəmmədi - Aştiani barəsində yerli məhkəmə daşqalaq hökmü çıxarıb. O, nigahdankənar intim əlaqədə təqsirləndirilib. Beynəlxalq Əfv Təşkilatı bu qərarı çağdaş dövlət üçün qəbuledilməz sayaraq, Tehran hakimiyyətini bu hökmü dəyişdirməyə çağırıb. Aştianinin 16 yaşlı qızı Fəridə və 20 yaşlı oğlu Səid beynəlxalq ictimaiyyətə müraciət edərək, anaları barəsində çıxarılmış hökmün dəyişdirilməsini istəyiblər.
İslam Respublikasının Cinayət Məcəlləsinə əsasən, ngkahdankənar cinsi əlaqəyə görə daşqalaq edilməklə edam hökmü çıxarılır. Təxminən 20 dəqiqə ərzində atılan daşlar müəyyən edilmiş ölçüdə olmalı, məhkuma verilən əzab çox uzun sürməli, ölüm tez baş verməməlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: