Karla Bruni model biznesinə qayıtdı
21 Mart 2013 Cümə Axşamı 18:25
Fransanın sabiq prezidenti Nikolya Sarkozinin həyat yoldaşı Karla Bruni daha bir yeniliyə imza atıb.
Müğənni, model və Fransanın sabiq prezidenti Nikolya Sarkozinin həyat yoldaşı Karla Bruni daha bir yeniliyə imza atıb. ANS PRESS-in “Huffington Post”a istinadən verdiyi məlumata görə, Bruni İtaliyanın məşhur “Bulgari” zinət əşyaları brendinin reklam kampaniyasının siması olacaq.
Artıq 45 yaşlı model dünya şöhrətli fotoqraf Terri Riçardsonun Romada təşkil etdiyi fotoçəkilişlərində iştirak edib. Model həmçinin, özünün musiqi karyerasını bərpa edir. O, öz redaktorluq bacarığını da sınayıb. Belə ki, k, Bruni “Vogue Paris” jurnalının buraxılışlarının birində yaxından iştirak edib.
Xatırladaq ki, Karla Bruni model karyerasna 19 yaşında başlatıb. O, 1990-cı illərdən dünyaca tanınmış “Yves Saint Laurent”, “Valentino” və “Versace” brendlərinin kolleksiyalarının göstərilərində yaxından iştirak edib.
DOSTLARINLA PAYLAŞ: