Karl Bildt: “Türkiyənin səfirini geri çağırmasından təəssüflənirik”
13 Mart 2010 Şənbə 02:00
“Tarixi məsələlər parlament qərarları ilə siyasiləşdirilməməlidir”
“Tarixi məsələlər parlament qərarları ilə siyasiləşdirilməməlidir”. Bunu İsveçin xarici işlər naziri Karl Bildt Finlandiyada türkiyəli həmkrı Əhməd Dvudoğlu ilə görüşdən sonra bəyan edib. O, İsveç parlamentinin Komitəsində “erməni soyqırımı” ilə bağlı qəbul olunan qərardan təəssüfləndiyini bildirib. Nazirin fikrincə, artıq qərar qəbul olunduğundan, bundan sonra nəticələrə baxmağın lazımdır. Karl Bildt Türkiyənin etirazlarını başa düşdüyünü bildirsə də, səfərin geri çağırılmasından üzgün olduğunu da deyib.

Karl Bildt bəyan edib ki, qəbul olunan qərara baxmayaraq, İsveç Türkiyənin Avropa Birliyinə üzvlüyünə verdiyi böyük dəstəyi davam etdirəcək: “Türkiyəni gələcəkdə görmək istədiyimiz Avropanın bir parçası olaraq dəyərləndiririk və bu məsələdə əliizdən cələn dəstəyi veririk”.

Xarici işlər naziri deyib ki, İsveçdə “erməni soyqırımı” ilə bağlı mübahisələr mövcüud olub və hökumət parlamentariləri bu qərarın yanlış olduğuna inandırmağa çalışıb. Onun sözlərinə görə, bu səsvermə İsveçdə hər il keçirilir. Amma bu il daxili siyasi mübahisələr üzündən qərar qəbul olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar