Karikaturaçını öldürməyə çalışan 7 müsəlman həbs edilib
09 Mart 2010 Çərşənbə Axşamı 22:45
Əməliyyatın aparılması üçün ABŞ və Avropa ölkələrinin xüsusi xidmət orqanlarının köməyindən istifadə olunub
İrlandiya polisi sui-qəsdə cəhddə şübhəli bilinən 7 müsəlmanı həbs edib. Bildirilir ki, 4 kişi və 3 qadından ibarət dəstə Məhəmməd peyğəmbərin karikaturasını çəkən Lars Vilksi öldürməyi planlaşdırıblar. Əməliyyatın aparılması üçün ABŞ və Avropa ölkələrinin xüsusi xidmət orqanlarının köməyindən istifadə olunub.
Həbs olunan müsəlmanların şəxsiyyəti açıqlanmasa da, onların 20-40 yaş arasında olduğu bildirilir.
Qeyd edək ki, Məhəmməd peyğəmbərlə bağlı karikatura 2007-ci ilin avqustuda “Nerikes Allehanda” qəzetində dərc olunub. Həmin hadisədən sonra İsveçdə və digər ölkələrdə yaşayan müsəlmanlar etiraz aksiyaları keçirmişdilər. İran və Pakistan isə bununla bağlı rəsmi bəyanatla çıxış etmişdilər.
Əl-Qaidə terror təşkilatı Vilksin öldürülməsi üçün 100 min dollar, “Nerikes Allehanda” qəzetinin baş redaktoru Ulf Johanssonun öldürülməsi üçün isə 50 min dollar pul mükafatı təyin edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: