Danimarkada Məhəmməd Peyğəmbəri təhqir edən və İslam dünyasında etirazlara səbəb olan karikaturalardan birinin sürətləri satışa çıxarılıb. CNN Türk-ün məlumatına görə, Danimarkanın müstəqil mətbuat dərnəyi verdiyi açıqlamada bildirib ki, 1000 ədəd sürətin hər biri karikaturaçı Kurt Westergaerdin imzası ilə 1400 Danimarka kronuna satılacaq. Açıqlamada həmçinin bildirilir ki, Westerqaerd sürətlərin satışa çıxarılması üçün dərnəyə icazə verib.
Xatırladaq ki, Kurt Westergaerdin də karikaturası daxil olmaqla danimarkalı rəssamların Məhəmməd Peyğəmbəri (ə.s) təqhir edən 12 karikaturası ilk dəfə 2005-ci ildə Danimarka qəzetində dərc edilmişdi. Bu addım İslam dünyasında böyük etirazlara səbəb olmuşdu. /ANS PRESS/