Kanadanın Britaniya Kolumbiyası vilayətində 500-dən artıq yanğın ocağı nəzarətdən çıxıb. ANS PRESS-in “Miqnews”a istinadən verdiyi xəbərə görə, bu barədə Kanadanın qərb vilayətinin qubernatoru Qordon Kempbell məlumat verib.
Onun sözlərinə görə, yanğınlara səbəb meşələrin quru və havanın rekord dərəcədə isti olmasıdır.
"Hazırda bizim vilayət ən dəhşətli meşə yanğınları ilə qarşı-qarşıyadır. Temperaturun rekord dərəcədə yüksək həddə çatması vəziyyəti ciddiləşdirib. Hazırda 531 meşə yanğını baş qaldırıb" - deyə o bildirib
Kempbell vilayətin bütün sakinlərinə meşələrə getməməyi tövsiyə edib: belə ki, onlar ya yanğın tələsinə düşə bilər, ya da qeyri-ixtiyari yeni yanğının səbəbkarı ola bilərlər. /ANS PRESS/