Kanadadan ukraynalı etirazçılara destek
19 Fevral 2014 Çərşənbə 04:41
Kanada xarici işler naziri Co Bard Kiyevde etirazçıların tibbi ehtiyaclarının qarşılanması üçün kömek ede bileceklerini açıqlayıb.
Kanada hökumeti Kiyevdeki etirazçıların tibbi ehtiyaclarını qarşılayacağını bildirib.
ANS PRESS-in xarici metbuata istinaden melumatına göre, Kanada xarici işler naziri Co Bard Kiyevde etirazçıların tibbi ehtiyaclarının qarşılanması üçün kömek ede bileceklerini açıqlayıb.
Nazir Con Bard verdiyi yazılı açıqlamada Ukraynada fealiyyet gösteren qeyri-hökumet teşkilatı olan Ukrayna Renesans Fonduna mebleği açıqlanmasa da, maliyye yardımı yolladıqlarını bildirib.
"Bu kömek demokratiyanın temin edilmesi üçün cesurca mübarize aparan fealları desteklemek üçün temin edilib. Kanada hökumeti fealların güclü, azad ve demokratik bir Ukrayna üçün verdikleri mübarizede Ukrayna xalqının yanında olmağa davam edecek" - deye nazir Con Bard bildirib.
Sonda o, Ukrayna hökumetini problemlerin hellini tapmaq üçün xalqla dialoqa çağırıb.
DOSTLARINLA PAYLAŞ: