Kanadada zəlzələ olub
06 Fevral 2012 Bazar Ertəsi 03:31
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.
Kanadanın şimal-qərbində, Vankuver adası yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib. ANS PRESS İTAR-TASS-a istinadən xəbər verir ki, yeraltı təkanların episentri Britaniya Kolumbiyası əyalətinin Port-Hardi şəhərindən 206 kilometr cənubda olub. Zəlzələ ocağı 12,8 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
DOSTLARINLA PAYLAŞ: