Kanadada bir turizm firması 100 cins iti qətlə yetirib
03 Fevral 2011 Cümə Axşamı 06:35
Firma turistlərin marağına səbəb olmayan itləri məsrəfləri azaltmaq üçün qətlə yetirib
Kanadada turizm firmalarından biri turistləri cəlb etmək üçün satın aldığı “Husky” cinsindən olan 100 iti öldürüb. Məlumata görə, firma turistlərin marağına səbəb olmayan itləri məsrəfləri azaltmaq üçün qətlə yetirib. Xəbər ölkədə qalmaqala səbəb olub və heyvan haqları təşkilatlarının kəskin etirazı ilə qarşılanıb.
Qeyd edək ki, itlər firma rəhbərliyinin göstərişi ilə işçilərdən biri tərəfindən bir qismi odlu silahla, bir qismi isə boğazı kəsilərək öldürülüb. Hadisə, qətli törədən işçinin daha sonra düşdüyü stress səbəbilə təzminat tələb edərək firmanı məhkəməyə verməsi ilə meydana çıxıb.
DOSTLARINLA PAYLAŞ: