Kanada-od içində, Avstriya-su altında
05 Avqust 2009 Çərşənbə 14:15
Təbiət hadisəsi nəticəsində on minlərlə insan evsiz qalıb

 

Kanadanı meşə yağınları cənginə alıb. Alov şəhərlərə və meşələrə doğru istiqamət alıb. Təbiət hadisəsi nəticəsində on minlərlə insan evsiz qalmaq təhlükəsi altındadır. ANS PRESS-in "Vesti.ru"a istinadən verdiyi xəbərə görə, hadisəyə səbəb quru və isti havanın olduğu bildirilir. Kanada əyalətinin Britaniya kolumbiyasında insanlar hər an evlərini tərk etmək qorxusu ilə yaşayırlar. Son on gün ərzində ölkəni cənginə alan alov on min hektara yaxın ərazini məhv edib. Köməyə gələn 8 yüzdən artıq yanğın söndürən maşın təbiət hadisəsi qarşısında aciz qalıb.

Atlantik okeanın digər bir hissəsi- Avropada isə əks mənzərə yaşanır.  Avropada leysan yağışları və tufanlı küləklər müşahidə olunur.  Leysan yağışlarının və şiddətli küləklərin nəticəsində küçələr su və palçıq axınına çevrilib. Onlarla ev dağıdılıb, sakinlər daha təhlükəsiz yerlərə getmək məcburiyyətində qalıblar. /ANS PRESS/

 


 



DOSTLARINLA PAYLAŞ:

oyunlar