Kamikadze partlayış 2 millət vəkilinin həyatına son qoydu
02 May 2012 Çərşənbə 02:40
Daha iki millət vəkili isə hadisə nəticəsində xəsarət alıb.
Somalidə baş vermiş kamikadze partlayış nəticəsində 6 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, ölənlərdən ikisi millət vəkili, 4-ü mülki vətəndaş, xəsarət alan iki nəfər də millət vəkilidir. İntihar aksiyaçısı hadisəni millət vəkillərinin nahar etdiyi yemıkxanada törədib.

Qeyd edək ki, terror hadisəsinin məsuliyyətini üzərinə götürən olmayıb.

Xatırladaq ki, bu ölkədə terror hadisələrini əsasən “Əş Şəbab” (Gənclər) terror qruplaşması törədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar